Williams Stroll ilə müqaviləyə görə böyük qazanc əldə edəcək

Almaniya mətbuatında çıxan xəbərlərə görə, Ləns Stoll yeni komandasına 80 milyon dollar qazandıracaq.

F-1.az xatırladır ki, həm Williams komandası, həm də gənc sürücünün özü bu müqavilədə pulun əsas rol oynadığını təkzib etmişdilər. Lakin Auto Moto und Sport iddia edir ki, bu müqavilə komandaya 80 milyon dollar qazandıracaq. Qeyd edək ki, Ləns Stroll Maks Ferstappendən bir yaş kiçikdir. Bu il Euro Formula3 seriyasında qalib gələn kanadalının Formula1-də hansı nəticələri əldə edəcəyi hamı üçün maraqlıdır. Sabiq Formula1 üzrə dünya çempionu Jak Vilnöv da onun çıxışını maraqla gözləyir.

Jak Vilnöv: “Formula3-də çempion ola bildi, lakin o seriyalarda uğur əldə edib, sonradan yaxşı nəticələr göstərə bilməyən pilotlar az deyil. Formula1-də yarışan sürücülərin əksəriyyəti aşağı seriyalarda uğur əldə edən sürücülərdir. Amma hamı Formula1-də uğurlu ola bilmir. Lənsin psixoloji cəhətdən nə qədər yetişdiyi çox maraqlıdır. O, artıq atası tərəfindən qorunmayacaq və hər şey öz əlində olacaq. Çox sürətli və istedadlıdır, lakin hələ çətinliklərlə üzləşməyib. Təzyiq altında nə edəcəyi çox maraqlıdır”.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*