Williams Grand Prix Holdings Plc şirkəti öz səhnlərinə kifayət qədər sifariş alıb, səhmlər tezliklə birjaya buraxılmalıdır – bu barədə Almaniyanın Baader Bank AG bankına istinadən Bloomberg agentliyi xəbər verib.
Xatırladaq ki, Williams komandası səhmlərini martın 2-də Frankfurt birjasına çıxartmağa hazırlaşır…
Baader bankının qiymətli kağızlar şöbəsinin başçısı Kristian Baherl təsdiq edib ki, “həddən çox sifariş alınıb, sifarişlərin son tarixi fevralın 28-dir.”
Biz xəbər vermişdik ki, bir səhmin qiyməti 24-29 Avro olacaq, amma son məlumatlara görə bu qiymət 25-27 Avro olmalıdır. Satışla Münhen Baader Bank AG və İsveçrənin Bank am Bellevue AG bankları məşğul olacaqlar…