23 Aprel 2018, Bazar ertəsi - 17:29

Williams R.Kubitsanı seçib?

Williams R.Kubitsanı seçib?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:11 - 21 Oktyabr, 2017

İsveçrənin Blick nəşrinin bildirdiyinə görə, Williams komandası Ləns Strollun komanda yoldaşı seçimini başa vurub.

F-1.az nüfuzlu jurnalist Rocer Benuaya istinadən bildirir ki, Silverstoun və Budapeşt testlərində Robert Kubitsa komandanın rəhbərliyini razı sala bilib və tezliklə müqavilə barədə rəsmi bəyanat yayılacaq.

Xatırladaq ki, Robert Kubitsa 2011-ci ilin əvvəlində keçirdiyi ağır qəzadan sonra 6 il F1 maşınının sükanı arxasına oturmamışdı və yalnız bu ilin yayında Renault komandası ilə testlərə qatılmışdı.

Əgər Blick-in verdiyi məlumat doğrudursa, onda Felipe Massa mövsümün sonunda komandanı tərk etməli olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 910
Teqlər , , , ,
Paylaş

logo