23 Oktyabr 2017, Bazar ertəsi - 17:30

Williams qara seriyaya son qoymaq istəyir

Williams qara seriyaya son qoymaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

06:13 - 11 May, 2017

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, növbəti İspaniya Qran Prisində hər iki sürücüsü ilə ilk onluğa istəyirlər və bunu etmək üçün hər şeyə sahibdirlər.

F-1.az xatırladır ki, Felipe Massa ilk 4 yarışın yalnız birində xalsız qalsa da, onun komanda yoldaşı Ləns Stroll heç bir yarışda onluğa düşə bilməyib.

Pəddi Lou: “Barselonaya çox vacib yeniliklərlə gedəcəyik və bu mövsüm ilk dəfə iki sürücü ilə də xal qazanmaq istəyirik. Kataloniya sevdiyimiz trasdır və əvvəlki illərdə burada yaxşı nəticələr almışıq. Buna görə də yarışı həyəcanla gözləyirik.

Xüsusən də, Rusiyada bolidin potensialını əks etdirə bilmədik və yaxşı xallar qazana bilmədik. Lakin İspaniyada qüsursuz həftəsonu keçirtsək, hər şey daha yaxşı olacaq. Bolidə və sürücülərimizə güvənirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 866
Teqlər , , , , ,
Paylaş

logo