Williams P.Maldonadonun müqaviləsini təsdiq edib

Komanda Pastor Maldonado ilə 2012-ci il üçün müqaviləsini təsdiq edib, amma onun komanda yoldaşının adı hələ də məlum deyil… Pastor […]

Komanda Pastor Maldonado ilə 2012-ci il üçün müqaviləsini təsdiq edib, amma onun komanda yoldaşının adı hələ də məlum deyil…

Pastor Maldonado: “Mən şadam ki, Williams-ın heyətində çıxışımı davam etdirəcəm. Gələn il yenə də əlimdən gələni edəcəm ki, komanda liderlər qrupuna çıxa bilsin. Arxada qalan mövsüm komanda üçün çox çətin oldu, amma bu mövsümdə mən çox şey öyrəndim və inkişaf etdim. Mən əminəm ki, komanda rəqabətədavamlılığı artırmaq üçün əlindən gələni edir.”

Frənk Uilyams, komandanın başçısı: “Debüt mövsümündə Pastor nəinki sürətli sürücü olmasını, həm də uzun məsafədə stabil olmasını nümayiş etdirdi. Pastor komanda öyrəşib, əməkdaşlarla yaxşı münasibətlər qurub. Pastor komandamızın 2012-ci ildə yenidən qurulmasında və inkişafında vacib rol oynayacaq.”

Komanda Valtteri Bottasla da müqaviləsini təsdiq edib – finlandiyalı sürücü ehtiyat sürücü kimi qalacaq və gələn il 15 Qran Pridə sərbəst yürüşlərdə trasa çıxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*