16 Oktyabr 2018, Çərşənbə axşamı - 06:00

Williams mövsümə sürətli pit-stoplarla başlayıb

Williams mövsümə sürətli pit-stoplarla başlayıb

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

12:49 - 22 Mart, 2016

Williams komandası Avstraliya Qran Prisində maşınların təkərlərini dəyişmək üzrə hamını qabaqlayıb.

F-1.az xəbər verir ki, komanda Avstraliyada keçən illə  müqayisədə pit-stoplarda daha cəld işləyib. Britaniyalılar keçən il əsasən pit-stopda etdikləri səhvlərlə gündəmə gəlirdilər.

Ancaq 2016-cı ilin ilk yarışında Williams komandası Valtteri Bottasın pit-stopunu 2.35 saniyə ərzində başa vuraraq, yarışın ən sürətli pit-stopuna imza atıb. Mercedes AMG yarışın qalibi Niko Rosberqin pit-stopunu 2,65 saniyədə gerçəkləşdirərək, bu yarışmada 2-ci olub. Pit-stoplarda 3-cü yer isə yenə Williams komandasına məxsusdur – Felipe Massanın maşınına qulluq zamanı saniyəölçən 2.72 saniyədə dayanıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 309
Teqlər , , , , , ,
Paylaş

logo