22 Noyabr 2017, Çərşənbə - 20:43

Williams Martini Racing – Williams FW40

Williams Martini Racing – Williams FW40

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:46 - 25 Fevral, 2017

Williams komandası bu il təqdimat mərasimindən imtina edərək iki həftə əvvəl yeni maşının ilk kompüter təsvirlərini yaymışdı. Bu gün isə komandanın rəsmi saytında real maşının şəkillər, qısa məlumat və texniki xarakteristika dərc olunub. Maşın özü isə Barselonaya çatamqdadır – bazar ertəsi Felipe Massa yeni maşını ilk dəfə trasa çıxaracaq.

F-1.az xatırladır ki, komanda FW39 indeksini buraxmaqla yeni maşını FW40 adlandırıb – bütün ilboyu komanda çempionatdak 40 illiyini qeyd edəcək, yubiley şərəfinə bir çox tədbirlərin keçrilməsi planlaşdırılıb.

FW40 üzərinə iş keçən ilin əvvəlində Pət Simondsun rəhbərliyi başlamışdı, komandanın texniki direktoru keçən ilin sonunda komandanı tərk etdiyini açıqlamışdı –  Mercedes komandasının keçmiş texniki direktoru Pəddi Lou martın 1-dən onu əvəz edəcək.

Mercedes komandası Valtteri Bottası apardıqdan sonra təcrübəli Felipe Massanın Qrouva qayıtması elan olunub – braziliyalı sürücü 2017-ci ilin yeganə tam debütantı Ləns Strollun həm komanda yoldaşı, həm də müəllimi olacaq.

 

Yeni maşın sələfindən kifayət qədər fərqlənir. Reqlamentin tələblərinə uyğun olaraq maşının korpusu daha enlidirön və arxa qanadlar da qaydalara uyğun formada hazırlanıblar. Maşının aerodinamikası daha çox asfaltayatma qüvvəsi hasil edir. Təkərlərin enli olması isə trasla mexaniki ilişməni artırıb – bu isə döngələrdə sürətlərin artmasına gətirib.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 3. 853
Teqlər ,
Paylaş

logo