Williams Manor-un işçiləri ilə maraqlanır

Mercedes komandasından Pəddi Lou ilə müqavilə bağlamağa yaxın olan Williams komandası indi də Manor komandası bağlandıqdan sonra işsiz qalan Pət Fray və Luka Furbatto ilə maraqlanır.

F-1.az xatırladır ki, Manor komandası daha çox xal qazanmaq üçün Tombasis, Fray, Rayan və Furbatto kimi mühəndislərlə müqavilə bağlamış, amma 2017-ci ildə özlərinə investor tapa bilmədikləri üçün Formula1-dən getmişdilər.

Manor komandası bağlanandan sonra komandadakı bir çox işçi və güclü mühəndislər işsiz qalıb. Komandanın əksər işçiləri Renault və Toro Rosso komandalarına keçiblər. Amma Williams da komandanın 50 işçsi ilə birdən maraqlanır. Bunların arasında McLaren və Ferrari-nin sabiq konstruktoru Pət Fray da var.

Bəzi resursların verdiyi məlumata görə, Williams-a gəlməyə hazırlaşan Pəddi Lou tanıdığı adamlarla işləmək istəyir. Xatırladaq ki, Lou və Fray McLaren-də olarkən bir yerdə işləmiş və mükəmməl cütlük olmuşdular. Williams da Lounun istəyi ilə Frayla müqavilə bağlamaq istəyir.

Britaniyalılar Furbatto ilə də maraqlanırlar və o da McLaren-də ikən Lou ilə bir yerdə işləyib. Rəsmi müqavilələrin yaxın günlərdə açıqlanması gözlənilir…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*