Williams-ın maliyyə vəziyyəti yaxşılaşır

Formula1 komandasının və bir neçə texniki bölmənin daxil olduğu Williams Grand Prix Holdings şirkətlər qrupunun maliyyə vəziyyəti tədricən yaxşılaşır. Keçən […]

Formula1 komandasının və bir neçə texniki bölmənin daxil olduğu Williams Grand Prix Holdings şirkətlər qrupunun maliyyə vəziyyəti tədricən yaxşılaşır. Keçən ilin yekunlarına görə, mənfəət 14.8% artıb və 13.5 milyon funt təşkil edib.

Adam Parr: “Dünya iqtisadiyyatında böhranın davam etməsinə baxmayaraq, şirkətlər qrupu öz işinin öhdəsindən əla gəlib. İllik hesabatın yekunları çox müsbətdir, bizim maliyyə vəziyyətimiz stabildir, biz gələcəyə inamla baxırıq.

Biz inkişaf edirik və nəticədə Formula1 komandamızı gücləndirmişik, Formula1-də Renault ilə və hibrid C-X75 spurekarın layihəsində Jaguar ilə əlaqələrimizi möhkəmlətmişik, Williams Hybrid Power, Williams Advanced Engineering bölmələrimizin və Qətərdəki texnoloji mərkəzin hazırladığı kommersiya yenilikləri yaxşı nəticələr əldə etməyə imkan verib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*