Williams komandasında yeni təyinat

Williams komandası fevral ayında transfer etdiyi Deyv Reddinqi yeni komanda idarəçisi təyin edib..

F-1.az xatırladır ki, Deyv McLaren komandasından ayrılaraq, Williams-a transfer olunmuşdu. Karyerası ərzində Jaguar, Stewart və Benetton kimi komandalarda işləmiş Reddinq Williams komandasının əməliyyat və idman direktoru olacaq. Britaniyalı mütəxəssis yeni işinə iyulun 17-dən başlayacaq və hazırkı idman direktoru Stiv Nilsen isə iyul sonunda komandadan ayrılacaq.

Deyv Reddinq: “30 ildir avtoidmanda mübarizə apardıqdan sonra Williams kimi mükəmməl komandaya qoşulduğum üçün özümü həyəcanlı hiss edirəm. Komandada işçilərin çoxunu tanıyıram və hörmət edirəm. Onlarla işləməyə başlamaq üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*