Williams komandasında kadr dəyişiklikləri

Bu gün Williams komandası elan edib ki, Səm Maykl komandanın texniki direktoru, Con Tomlinson isə aerodinamika şöbəsinin başçısı vəzifələrini tərk […]

Bu gün Williams komandası elan edib ki, Səm Maykl komandanın texniki direktoru, Con Tomlinson isə aerodinamika şöbəsinin başçısı vəzifələrini tərk edirlər, amma hər iki mütəxəssis ilin sonuna qədər əvvəlki öhdəliklərini yerinə yetirəcəklər.

Frənk Uilyams: “Səm və Con istedadlı mütəxəssislərdir, onlar Williams-da 10 və 5 il çalışıblar. Buna baxmayaraq, onlar etiraf ediblər ki, komandanın nəticələri gözlənildiyindən pisdir və istefaya gediblər ki, kollektiv lider mövqelərini qaytarmaq üçün qüvvəsini səfərbər edə bilsin.

Hər ikisi ilin sonuna qədər vəzifələrini icra edəcəklər ki, komanda mövsümün gedişində maşını təkmilləşdirə bilsin. Biz həm Səmə, həm də Cona peşəkar işlərinə görə təşəkkür edirik.”

Amma bununla komandada kadr dəyişiklikləri başa çatmır. Williams həm də elan edib ki, bu ilin iyun ayında Mayk Koflən komandanın baş mühəndisi kimi işə başlayacaq.

Koflənin karyeras çox zəngindir: Formula1-də Lotus, Tyrrell, Ferrari, Arrows və McLaren komandalarında çalışıb. 2007-ci ildə avtoidmanı “casusluq qalmaqalı” ilə əlaqədar tərk etmişdi. McLaren-dən getdikdən sonra fəaliyyət növsünü dəyişib və Britaniyanın zirehli Ocelot maşının hazırlanması ilə məşğul olub, bu ilin əvvəlindən isə Amerikanın NASCAR çempionatında çıxış edən Michael Waltrip Racing komandasına aparıcı mühəndis təyin olunmuşdu.

Frənk Uilyams: “Mayk Koflən Formula1-də böyük təcrübəsi olan yaxşı mühəndisdir. Formula1-i 2007-ci ildə Formula1-i tərk edib və çox təəsfülənirdi.

Mayka iki il müddətinə avtoidmanda işləmək qadağan olunmuşdu, amma bu müddət artıq baaş çatıb və o qayıtmağa hazırdır. Williams ona belə bir imkanı verməyə şaddır, biz şadıq ki, komandaya ən istedadlı və bacarıqlı mühəndislərdən biri gəlir və Mayk komandaya liderlər sırasna qayıtmağa kömək edəcək. Bu birinci addımdır və bizim texniki şöbəni gücləndirməyimizə yönəlib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*