Williams komandası rəqiblərini qabaqlayıb

Williams komandası 2018-ci il bolidini hamıdan tez - fevralın 15-də təqdim edəcək.

F-1.az xəbər verir ki, Formula1 tarixinin ən titullu ikinci komandası yeni bolidini Londonda təqdim edəcək. Bildiyimiz kimi bu bolidi Pəddi Lou yığıb və dediyinə görə, vacib nöqtələrdə önəmli fərqlər olacaq.

Williams komandası son iki ildə Mühəndislər Kubokunda 5-ci olub, amma bu il komanda mövsümə ən gənc sürücü heyəti ilə başlayacaq və daha yaxşı nəticəyə ümid edir.

Bundan başqa, bəzi iddialara əsasən, Britaniya təmsilçisi ilk qış testlərində iştirak etməyə bilər – yəni yeniliklərini gizlətmək istəyirlər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*