19 Noyabr 2017, Bazar - 08:43

Williams komandası Renault motorlarına keçəcək

Williams komandası Renault motorlarına keçəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:20 - 16 İyul, 2011

Williams komandası rəsmən təsdiq edib ki, Renault şirkəti ilə 2012-2013-cü illərdə motor təchizatı üzrə müqavilə imzalayıb – 2014-cü ildə yeni […]

Williams komandası rəsmən təsdiq edib ki, Renault şirkəti ilə 2012-2013-cü illərdə motor təchizatı üzrə müqavilə imzalayıb – 2014-cü ildə yeni motor reqlamenti qüvvəyə minərkən müqvilə uzadıla bilər.

Komanda 1989-1997-ci illərdə Renault motoru ilə 4 çempion titulu və 5 Mühəndislər Kuboku qazanıb.

Frənk Uilyams: “Biz Renault ilə yeni əməkdaşlığı elan etməyə şadıq, biz yenə də birlikdə işləyəcəyik.

Biz Cosworth şirkətinə minnətdarlıq edirik – son iki ildə onlar bizim etibarlı və səmimi tərəfdaşlarımız olublar, biz ümid edirik ki, gələcəkdə əməkdaşlığımızı davam etdirəcəyik.”


Williams komandası Renault motorlarına keçəcək?

Williams komandası Renault motorlarına keçəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:33 - 11 May, 2010

Fransa mətbuatının bildirdiyinə görə, Williams komandası Renault motorlarına maraq göstərir. Hazırda britaniyalılar Cosworth motorlarından istifadə edirlər, amma ilk yarışlar motorun […]

Fransa mətbuatının bildirdiyinə görə, Williams komandası Renault motorlarına maraq göstərir. Hazırda britaniyalılar Cosworth motorlarından istifadə edirlər, amma ilk yarışlar motorun bir çox xarakteristikalarının zəif, hərçənd, çox etibarlı olmasını göstərib. Əgər britaniyalılar Viri-Şatiyonun nümayəndələri ilə razılaşa bilsələr, gələn il biz klassik yarış alyansını – Williams-Renault görə bilərik.

İlk dəfə bu alyans dünya çempionatına 1989-cu ildə gəldi və ilk mövsümündəcə Tyerri Butsen iki qələbə qazandı. Sonra isə Naycel Mənsellin (1992-ci ildə), Alen Prostun (1993-cü ildə), Dəymon Hillin (1996-cı ildə) və Jak Vilnövün (1997-ci ildə) çempionluq titulları və beş Mühəndislər Kuboku gəldi. Əməkdaşlıq 1997-ci ildə başa çatdı.

Bundan başqa, Renault motorların İspaniyanın Epsilon Euskadi komandası da ümid edir, hələlik komanda çempionatda boş olan 13-cü komanda vakansiyasını tutmaq üçün FİA-nın elan etdiyi seçimdə iştirak edir. Bu il Renault motorları müştəri kimi yalnız Red Bull maşınalrında çalışır. Hesab olunur ki, onların gücü digər motorlardan 15 at qüvvəsi azdır, ən güclü motorlar isə Mercedes və Ferrari motorları hesab olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 68
Teqlər
Paylaş

logo