Williams komandası Honda mühərriyinə keçməyəcək

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Honda ilə tərəfdaşlıq etməyəcəklər.

F-1.az xəbər vermişdi ki, son çıxan şayiələrə əsasən, Williams komandası Honda-nın əsas baza komandası olmağa yaxındır.

Kler Uilyams: “1980-ci ildən etibarən Mercedes-lə münasibətimiz yaxşıdır. Amma Honda ilə heç bir danışıqlara girməmişik. Mercedes-lə ayrılma nöqtəsinə gəlməmişik. 2018-ci ildə Honda ilə birləşəcəyimizi deyə bilmərik. Özləri ilə danışmamışıq. Mercedes-lə tərəfdaşlığımız yüksək səviyyədədir. 2014-cü ildə 9-cu yerdən 3-cü yerə yüksəlməyimizə kömək etdilər. Onlar bizə heytətamiz mühərriklər verirlər. Bu mühərriyi niyə çox zəif mühərriklə dəyişək?

Hamımız bilirik ki, Honda hazırda McLaren-ə müəyyən miqdarda pul verir. Bunun müsbət və mənfi tərəflərini dəyərləndiririk. Məncə, hazırkı büdcəmizlə 4-cü yerdə olmaq çox pulla 9-cu olmaqdan yaxşıdır. Honda-ya qayıtmaq üçün hələ çox tezdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*