Williams Kanada da ən sürətli pit-stop edən komanda olub

Mövsümün bütün yarışlarında ən sürətli pit-stopları edən Williams komandası, Kanada yarışında da uğurlu seriyasını davam etdirib.

F-1.az xatırladır ki, Williams komandası əvvəlki mövsümlərdə yavaş pit-stoplarına görə tənqid hədəfinə çevrilirdi. Amma britaniyalılar bu ildən etibarən bu sahədə xeyli inkişaf ediblər.

DHL ən sürətli pit-stop mükafatını bu il heç kəsə verməyən Williams komandası, Kanadada da mükəmməl performans göstərdi və 2.11 zaman nəticəsi ilə mövsümün ən sürətli ikinci pit-stopunu etdi. Beləliklə, Williams Kanada yarışının ən sürətli pit edən komandası oldu.

Mövsümün ən sürətli pit-stopu Çində olub. Williams 2.1 saniyə zaman nəticəsi ilə ən sürətli olub. İngilislər İspaniyada 2.12 zaman nəticəsi göstərərək, növbəti dəfə 2.1 sürətinə yaxınıaşmışdılar. Williams-ın növbəti hədəfi pit-stopları 2 saniyədən daha sürətli etməkdir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*