Williams-ın hədəfi Ferrari ilə 2-cilik uğrunda mübarizədir

Komanda son iki mövsümü 3-cü yerdə başa vurmuşdu.

F-1.az xəbər verir ki, Williams komandası Mercedes AMG-dən sonra 2-ci yeri tutmaq uğrunda mübarizə aparmaq istəyir. Komandanın testlərdə əldə etdiyi nəticələr də qənaətbəxşdir.

Rod Nelson: “Komandaların gücləri bu il sanki bir-birinə daha yaxındır. Mercedes AMG-nin isə hamıdan, hətta Ferrari-dən də güclü olmasına şübhəm yoxdur. Biz Ferrari ilə mübarizə aparmaq istəyirik. Maşında edəcəyimiz yeniliklər var. Onlarda da olacaq…

Əlimizdən gəldiyi qədər yaxşı olmalıyıq. Mercedes AMG-yə çatmaq çətindir, amma 2-ci olmaq istəyirik. Xüsusilə də,Mercedes AMG Petronas F1 TeamX Rod NelsonX Scuderia FerrariX Williams Martini Racing son günlər bizim üçün yaxşı keçdi. Keçən həftə etibarlılığımızı test etdik, bu dəfə isə maşının potensialını görmək üçün çalışdıq.

Uzun yürüşlərdə maşının özünü necə aparmasını yoxlayırıq və hər gün 1 saat sıralanma seansı üzərində çalışırıq. Bizim üçün burda yaxşı nəticə göstərmək əsas deyil…”

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*