22 Noyabr 2017, Çərşənbə - 07:31

Williams Honda-nın zavod komandası olacaq?

Williams Honda-nın zavod komandası olacaq?

Müəllif: Elçin Zodorov, redaktor

18:07 - 17 İyun, 2017

2014-cü ildən etibarən Williams-ın maşınlarına Mercedes-in güc qurğuları quraşdırılır. Bu dövrdə Qrouv təmsilçisi heç də pis nəticələr əldə etməyib. Lakin şayiələr yayılıb ki, Williams gələn mövsüm Honda-nın zavod komandası olacaq. Bu barədə İsveçrənin Blick qəzeti yazıb.

Əgər deyilənlər həqiqətə uyğundursa, McLaren-in Honda-dan ayrılaraq Mercedes-lə əməkdaşlığı bərpa edəcəyi barədə gəzən söhbətlər də daha inandırıcı olacaq. Lakin isveçrəli jurnalistləri düşündürən başqa bir məsələ də var: Yaponiya şirkəti bildirmişdi ki, gələn il Sauber komandasını güc qurğusu ilə təchiz edəcək və yapon konserni üçün sadəcə müştəri komanda olacaq, yəni Williams-la müqayisədə ona münasibət ikinci dərəcəli olacaq.

F-1.az xatırladır ki, Williams və Honda 80-ci illərdə əməkdaşlıq ediblər. Onlar birlikdə 1983-cü ildən 1987-ci ilə qədər 24 qələbə qazanıblar və əməkdaşlığın son ilində Nelson Pike titulun sahibi olub…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 795
Teqlər , , ,
Paylaş

logo