Williams haqqında filmin treyleri çıxıb (video)

Rəsmi premyerası iyulun 11-nə planlaşdırılan Williams komandası haqqında sənədli filmin iki dəqiqəlik treyleri artıq yayılıb.

F-1.az xəbər verir ki, filmin rejissoru BAFTA mükafatını qazanmış Morqan Mettyusdur. Ssenarinin əsası komandanın banisi Frənk Uilyamsın mərhum həyat yoldaşı Virciniya Uilyamsın 1991-ci ildə qələmə aldığı “Başqa bir həyat” (A Different Kind of Life) kitabından götürülüb. Filmdə Ceki Stüartın, Naycel Mənsellin, Nelson Pikenin və komandanın digər təsisçisi Patrik Hedin müsahibələrinə yer verilib. Filmin yaradıcıları bildirirlər ki, tamaşaçılar ilk dəfə bir komandada bağlı qapılar arxasında müxtəlif dövrlərdə baş vermiş hadisələri izləyə biləcəklər.

Film Britaniyada avqustun 4-dən etibarən nümayiş olunacaq. Avqustun 14-dən etibarən isə DVD və Blu-Ray formatlarında satışa çıxarılacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*