Williams gələnilki heyətini Əbu Dabidə açıqlayacaq?

Formula1-də gələn mövsüm üçün cəmi iki sürücü vakansiyası qalıb – Toro Rosso və Williams komandalarında sürücülərdən birinin kim olacağı hələ də açıqlanmayıb.

F-1.az bildirir ki, Toro Rosso-da Daniil Kvyatın komanda yoldaşı olmağa bir neçə sürücü iddialı olsa da, Qrouv təmsilçisinin boş qalan maşını Robert Kubitsaya həvalə edəcəyinə heç kim şübhə etmir.

bir neçə gün əvvəl Robert gələn il nə edəcəyi ilə bağlı qərar qəbul etdiyini açıqlamışdı. O, Williams-da yarışmaq istədiyini açıqca bildirmişdi. Polşalı jurnalistlərin iddiasına görə isə, Robertin gələn il əsas sürücü kimi komandada çıxış edəcəyi Əbu Dabidə rəsmən elan olunacaq.

Williams bu xəbərlərə rəsmən heç bir şərh verməyib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*