23 Noyabr 2017, Cümə axşamı - 22:24

Williams F1 Team – FW36 (video)

Williams F1 Team – FW36 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:10 - 10 Yanvar, 2014

Bu il Williams komandası yenə də təmtəraqlı təqdimat mərasimindən vaz keçib – 5 gün əvvəl komanda yeni FW36-nın 3D qrafikasını […]

Bu il Williams komandası yenə də təmtəraqlı təqdimat mərasimindən vaz keçib – 5 gün əvvəl komanda yeni FW36-nın 3D qrafikasını yaymışdı, bu gün isə sadəcə birbaşa Xeres trasında real maşınla işə başlayıb…

FW36-nın layihə işləri hələ keçən ilin sentyabrında başa çatıb – bundan sonra komanda 2014-cü il mövsümü üçün nəzərdə tutulan yeni turbo motorun şassiyə inteqrə olunması ilə məşğul olub. Komanda bu il motor təchizatçısını da dəyişib – yeni Mercedes motoru ənənəvi problemləri üzə çxıarıb: maşının çəkisi artıb, soyutma sistemləri gücləndirilib və yeni ötürmələr qutusu mükəmməlləşdirilib.

Pət Simonds, texniki departamentin başçısı: “Bu il maşınlarda daha çox müasir texnologiyalar tətbiq olunub. Formula1-də əvvəllər də turbomotorlardan istifadə olunub, amma fərq ondadır ki, bu il biz sadəcə yeni motordan istifadə etməyəcəyik – bu, tamamilə yeni sistemə keçiddir. Biz bəzi hibrid texnologiyaların tətbiq olunduğu atmosfer motorlarından tam hibrid texnologiyalı yeni motorlara keçirik.

Biz Mercedes-lə əməkdaşlığa yeni başlayırıq və bu şirkətin əməkdaşlarının işə sadiqliyi, peşəkarlığı məni qane edir. Biz əminik ki, yeni motorlar rəqabətədavamlı olacaq.

fw36-1
Builki maşınlara daha effektiv soyutma sistemləri lazımdır. Motorun və onun yağlama sisteminin soyudulması tələbləri nisbətən azaldsa da, bu ildən tətbiq olunacaq daha güclü ERS sistemi daha intensiv soyutma tələb edir. Turbokompressordan gələn havanın da soyudulması tələb olunur, bunu üçün isə kifayət qədər güclü interkulerdən istifadə olunur.

Yeni maşın üçün hazırladığımız yeni ötürmələr qutusu stendə yoxlamaları yaxşı keçib və daha böyük resursa malikdir. Amma stendlə real yarış şəraitini eyni tutmaq olmaz, biz qarşıdakı testlərdə əsas diqqəti məhz əsas detalların etibarlılığına yönəldəcəyik.

fw36-3
Yeni şassinin hazırlanması prosesi sakit keçib, amma əsas çətinlik maşının çəkisinin reqlamentin tələblərinə uyğun aşağı salmaq idi. Biz bu vəzifənin öhdəsindən gələ bildik, amma yeni turbomotor çox ağır olduğu üçün ballastdan lazımi qədər istifadə edə bilmədik.

Bu il Formula1-də aerodinamika vacib rol oynamaqda davam edəcək. Bir sıra ciddi dəyişikliklər baş verib: keçən illə müqayisədə burun elementinin hündürlüyü azaldılıb, ön antiqanadın eni də azaldılıb, deməli ön təkərlərin üzərindən havanı keçirmək də problemlemə çevrilib. Bundan başqa, arxa antiqanadın da eni azaldılıb, orda yerləşən alt müstəvilər isə qadağan olunub. Nəhayət, biz işlənmiş qazlardan aerodinamik effektliyin artırılması üçün istifadə edə bilməyəcəyik. Mən əminəm ki, aerodinamik planda komanda liderlərdən geriqalma fərqini ciddi azaldıb. Biz mövsümün uğurlu keçəcəyinə ümid edirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 346
Teqlər , , , ,
Paylaş

logo