22 Noyabr 2017, Çərşənbə - 16:51

Williams 40 illik yubileyini qeyd edib

Williams 40 illik yubileyini qeyd edib

Müəllif: Elçin Zodorov, redaktor

19:12 - 02 İyun, 2017

Cümə günü Williams komandası Silverstounda britaniyalı azarkeşlərə əsl bayram yaşadıb. Təşkilatçıların hesablamalarına görə, tədbiri tribunlardan 40 minə yaxın azarkeş izləyib – giriş pulsuz olub, sadəcə əvvəlcədən komandanın rəsmi saytında qeydiyyatdan keçmək lazım gəlib.

F-1.az xəbər verir ki, tədbirdə Williams-da əvvəllər çıxış etmiş bir çox sürücü iştirak edib. Onlara ata və oğul Rosberqləri, Rikkardo Patreze, Naycel Mənsell, Deymon Hill, Devid Kulthard və Pastor Maldonadonu misal göstərmək olar. Karun Çandhok Williams-ın 1992-ci ildə istifadə etdiyi  FW14B bolidinin sükanı arxasına keçərək tamaşaçıları sevindirib.

 

 

Niko Rosberq: “Frənk Uilymas məni Formula1-ə gətirərək əla şans yaradıb. Biz birlikdə çox gözəl vaxt keçirmişik. Mən belə bir imkan əldə etdiyim üçün şadam və komandaya minnətdarlığımı bildirirəm”.

Keke Rosberq: “Bu, bir ailə tərəfindən idarə edilən son komandadır və komanda üçün üzvləri arasındakı münasibətlər olduqca vacibdir”.

Rob Smedli: “Williams barədə bəzən deyirlər ki, Ferrari-nin ingilis versiyasıdır. Lakin mən hesab edirəm ki, daha yaxşısıdır. Düşünürəm ki, britaniyalı azarkeşlər daha ehtiraslı və sadiqdirlər”.

Silverstoundakı tədbirə komandanın təsisçiləri Frənk Uilyams və Patrik Hed, eləcə də Formula1-in yeni rəhbərliyində yer alan Ross Braun və Şon Bratçes də gəliblər.

Şon Bratçes: “Bugünkü hadisə göstərir ki, biz hamımız qüvvələrimizi birləşdirərək işləməliyik. Bu idmanın populyarıaşdırılması təkcə bizim yox, həm də komanda rəhbərlərinin üzərinə düşür.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 233
Teqlər , , , , , , , , , , , ,
Paylaş

logo