22 Noyabr 2017, Çərşənbə - 20:45

WEC: Audi – T.Kristensenin 9-cu qələbəsi

WEC: Audi – T.Kristensenin 9-cu qələbəsi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:44 - 24 İyun, 2013

Mexaniki problemlər, etibarsızlıq, sürücülərin səhvləri və dəyişkən hava – “Le manın 24 saatı”nda bütün bu faktorların təsirini minimuma endirənlər qalib […]

Mexaniki problemlər, etibarsızlıq, sürücülərin səhvləri və dəyişkən hava – “Le manın 24 saatı”nda bütün bu faktorların təsirini minimuma endirənlər qalib gəlirlər. Bu il mübarizə bütün siniflərdə çox gərgin alınıb.

Audi komandası keçənilki zəfərini təkrarlaya bilməyib, keçən il həm sıralanma turunda, həm də yarışda Almaniya şirkəti tam podiumu qazanmışdı. Amma bu il Toyota-dan olan rəqiblər favoritlərə layiqli müqavimət göstəribl. Startda ilk üç yeri zəbt etsələr də, “dörd halqa”lar yarış məsafəsində problemlərsiz ötüşə bilməyiblər.

Yekunda, çox şeyi təcrübə həll edir. Audi-nin ikinci ekipajı – Tom Kristensen, Alan MakNiş və Louik Düval – finişdə birinci olub: bu qələbə Kristensen üçün karyerasında 9-cu olub!

Toyota-nın ikinci ekipajı – Sebastyen Buemi,Əntonu Dəvidson və Stefan Sarrazen – liderə bir dövrə uduzaraq finişdə ikinci olub. Audi-nin üçüncü ekipajı – Lukas di Qrassi, Mark Jene və Oliver Carvis – podiumu tamamlayıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 340
Teqlər , , , , , , ,
Paylaş

logo