V.Veber: “Biz Honda-dan təklif almışdıq”

Hələ keçən ilin dekabr ayında mətbuatda şayiələr yayılmışdı ki, Mixael Şumaher köhnə dostu Ross Braunla Honda Racing komandasının xilas olunması […]

Hələ keçən ilin dekabr ayında mətbuatda şayiələr yayılmışdı ki, Mixael Şumaher köhnə dostu Ross Braunla Honda Racing komandasının xilas olunması barədə danışıqlar aparır, amma yenil ilin əvvəlində yeddiqat dünya çempionunun mətbuat katibi Sabina Kem bu şayiələri təkzib etmişdi. Bu gün isə Kölndə nəşr olunan Express qəzetində bu hadisə ilə bağlı yeni məlumatlar dərc olunub…

Şumaherin menceri Villi Veber təsdiq edib ki, Mixael həqiqətən Honda-dan təklif almışdı: “Belə bir təklif olmuşdu, amma nə mən, nə də Mixael Formula1-də bu cür iştirakda maraqlı deyilik. Yarışlara gəlincə, Mixael hazırkı həyatından olduqca razıdır, mən isə Niko Hülkenberqin karyerası ilə sıx məşğulam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*