A.Vürs US F1-lə danışıqları təsdiq edib

Macarıstan uik-endi zamanı Brawn GP komandasının test sürücüsü Aleks Vürs Amerikanın US F1 komandası ilə gələn il üçün müqavilə bağlanması […]

Macarıstan uik-endi zamanı Brawn GP komandasının test sürücüsü Aleks Vürs Amerikanın US F1 komandası ilə gələn il üçün müqavilə bağlanması barədə danışıqlar aparmasını təsdiq edib…

Aleks Vürs: “Mən Formula1 maşının sükanı arxasına qayıtmağa hazıram, lap söhbət yeni komandalardan getsə belə. Məqsədlər və vəzifələr başqa olsa da, mən onları həll etməyi xoşlayıram. Maşını təkmilləşdirmək işindən çox xoşum gəlir, yəni test sürücü kimi, amma hazırda mövsümün gedişində testlər qadağan olunub və komandalar cümə sərbəst yürüşlərində testlər keçirirlər.

Qərar hələ qəbul olunmayıb, amma biz Piter Uindzorla çoxdan tanışıq, o bilir ki, yeni maşın üzərində işlərdə və maşının təkmilləşdirilməsi işlərində mən faydalı ola bilərəm. Yeni komanda üçün bu vacibdir, o məndən əməkdaşlıq barədə soruşmuşdu, amma bu ilkin söhbət idi. Baxaq görək sonra nə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*