V.Rossi Ferrari-nin testlərinə başlayıb

Bu gün səhər Barselonada Valentino Rossi Ferrari-nin sükanı arxasında ikigünlük testlərə başlayıb: adlı-sanlı çempion motosportdakı nüfuzuna və xidmətlərinə rəğmən 2008-ci […]

Bu gün səhər Barselonada Valentino Rossi Ferrari-nin sükanı arxasında ikigünlük testlərə başlayıb: adlı-sanlı çempion motosportdakı nüfuzuna və xidmətlərinə rəğmən 2008-ci ilin maşını trasa çıxarıb.

Skuderiya və Rossi eyni zamanda bildiriblər ki, Valentino Formula1 maşınını yalnız öz kefi üçün test edir və gələcəkdə ixtisasını dəyişməyi planlaşdırmır.

FİA-nın tələblərinə uyğun olaraq, Rossi iki il əvvəlin maşınına oturub, maşına GP2 seriyasında istifadə olunan sliklər taxılıb. Ferrari-nin tarixi yarış maşınlarını toplayıb varlı müştərilərə sürməyi təklif edən Corsa Clienti-nin trasa gətirdiyi F2008 italiyalı sürücüyə yaxşı tanışdır – Rossi iki il əvvəl Mücelloda bu maşını artıq test etmişdi.

Ferrari-nin mətbuat xidmətinin verdiyi xəbərə görə, havanın əlverişli olmamasına baxmayaraq, tribunalara sürücünün çoxlu azarkeşləri toplaşıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*