V.Petrov Pirelli təkərlərinin təqdimatında iştirak edib

Caterham komandasının rusiyalı sürücüsü Vitaliy Petrov Pirelli şirkətinin Rusiyanın Sankt Peterburq şəhərində Scorpion Winter qış təkərlərinin təqdimatında iştirak edib. Avropada […]

Caterham komandasının rusiyalı sürücüsü Vitaliy Petrov Pirelli şirkətinin Rusiyanın Sankt Peterburq şəhərində Scorpion Winter qış təkərlərinin təqdimatında iştirak edib.

Avropada artıq yaz gəlib, amma Rusiyanın şimalında hələ qar əriməyib. Məhz ona görə də Pirelli-nin nümayəndələri yeni qış təkərlərini məhz Rusiyanın şimal paytaxtında təqdim ediblər. Scorpion Winter qış təkərləri həmq arda, həm də buzda yaxşı ilişmə təmin edirlər və gələn qış bütün avtomobil sevərlərin ixtiyarına veriləcək, amma ekspert və jurnalistlər yeni təkərlərlə indi tanış olublar.

Tədbir bir həftə davam edəcək, şirkətin başçısı Marko Tronketti Provera və çoxsaylı fəxri qonaqlar tədbirə qatılacaqlar. Tədbirin açılış mərasimində isə Formula1 sürücüsü Vitaliy Petrov iştirak edib. Caterham komandasının sürücüsü Pirelli ilə əməkdaşlıq təcrübəsinə malikdir – keçən ay Abu Dabidə Formula1 mövsümünün yeni Pirelli P-ZeroPirelli Cinturato təkərlərinin təqdimatında iştirak etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*