17 Dekabr 2017, Bazar - 17:52

Vodafone McLaren Mercedes – MP4-28 (video)

Vodafone McLaren Mercedes – MP4-28 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:42 - 01 Fevral, 2013

Yanvarın son günü McLaren komandası yeni maşınını Uokinqdəki bazasında yalnız toplaşmış qonaq və jurnalistlərə deyil, rəsmi Youtube servisindəki səhifəsində bütün […]

Yanvarın son günü McLaren komandası yeni maşınını Uokinqdəki bazasında yalnız toplaşmış qonaq və jurnalistlərə deyil, rəsmi Youtube servisindəki səhifəsində bütün azarkeşlərinə təqdim edib.

Qonaqlar əvvəlcədən dres-kod xəbərdarlığı alıblar və onlara xüsusi səsboğan qulaqçıqlar paylanılıb – hamı elə bilib ki, yeni maşına qoyulmuş motorun səsini eşidəcək, amma Bryus Maklarenin xatirəsinə həsr olunmuş kiçik videoçarxa baxdıqdan sonra komanda tarixi maşınların paradını nümayiş etdirib. Paradın sonunda Texniki Mərkəzə McLaren P1-in sükanı arxasında Censon Batton və MP4-12C-nin sükanı arxasında Serxio Peres daxil olublar.

Sürücülər qonaqların alqışları altında MP4-28-in üzərindən pərdəni açıblar. Maşın ənənəvi rəng çalarlarına boyanıb və MP4-27-nin varisidr, amma təqdimatda çox qeyd olunub ki, iki maşınlar arasında fərq nəzərəçarpacaqdır (aşağıdakı şəkillərdə də iki model arasında fərqlər aydın görünür).

mp428-2
Hərçənd, MP4-28-in texniki göstəriciləri barədə əlavə məlumat verilməyib, çünki komandanın texniki direktoru Pəddi Lou mərasimə qatılmayıb. Komandanın başçısı Martin Uitmarş şayiələri təkzib etməli olub – qarşıdakı mövsümü Lou komandada keçirəcək.

Komandanın başçısı qarşıdakı mövsümə komandanın planlarını da açıqlayıb – Bruce McLaren Motor Racing şirkətinin 50-ci ildönümündə hər iki titulu qazanmaq…

Martin Uitmarş: “Yeni maşının təqdimatı həmişə həyəcanlı olur. Bugünkü tarixi maşınların paradı ilə bir daha xatırlatmaq istəyirik ki, 2013-cü ildə komanda təsis olunmasının 50-ci ildönümünü qeyd edəcək. Biz, Bryus Maklarenin, Teddi Mayerin və Ron Dennisin işlərini davam etdirənlər, qarşıdakı mövsümdə azarkeşlərimiz önündə daha böyük məsuliyyət daşıyırıq.

mp428-3
Sözsüz ki, son illərdə olduğu kimi 2013-cü ildə də biz qələbə uğrunda mübarizə aparacyıq. Mən əminəm ki, Censon və Çeko bu fantastik maşınla bizi sevindirəcəklər. Censon indi ən yaxşı formasındadır, bu il o, trasda Formula1-in ən təcrübəli sürücüsü olacaq. Bu təcrübədən Censon həmişə bacarıqla istifadə edib. O, əsl peşəkardır və komandanı irəliyə aparmaq üçün əlindən gələni edəcək.

Serxio isə bizim debütantdır və keçən il özünün ağıllı, təvazökar və çalışqan olmasını sübut etdikdən sonra komandamıza keçib. Serxio keçən il sübut etdi ki, çox sürətlidir. Əlbəttə, o hələ çox şey öyrənməlidir, hələ bizim komandaya öyrəşir – mövsümün ilk yarışlarında yəqin ki, bir az pressinq altında olacaq, amma Serxio başa düşür ki, biz onu çox sıxmayacayıq.

Qarşıda bizi testlər gözləyir, sonra isə uzun mövsüm başlayacaq. Mən istərdim ki, komandamızın 50 yaşı tamam olan bir ildə sübut edək ki, Vodafone McLaren Mercedes – dünyanın ən yaxşı komandasıdır.”

mp428-4
Censon Batton: “Mən Vodafone McLaren Mercedes komandası ilə dördüncü mövsümə başlayıram və indi bu komandanın güclü tərəflərini və imkanlarını başa düşürəm. 2013-cü il bizim üçün vacib olacaq. Əlbəttə, əsas yenilik isə mənim komanda yoldaşım – Çekodur. Həmişə yeni sürücü ilə işə başlamaq maraqlıdır, artıq bizim çox gözəl və pozitiv münasibətlərimiz var.

Şəxsi təcrübəmdən bilirəm ki, birinci dəfə Texniki Mərkəzə düşəndə adama hər şey qorxunc görünür, amma mən eləcə də xatırlayıram ki, özümü necə tez bir zamanda burda evdəki kimi hiss etdim və McLaren komandasının necə qonaqpərvər olmasını gördüm. Mən əminəm ki, Serxio da burda özünü müstəqil hiss edir.

Keçən il biz bütün mövsümboyu rəqabətədavamlı olduq, amma müəyyən səbəblər üzündən hər şeyi bir araya toplaya bilmədik ki, çempionatda qələbə qazanaq. 2013-cü ildə məhz bunu dəyişmək istəyirik. Mən görürdüm ki, yeni maşın üzərində komanda necə ciddi işləyib və əminəm ki, bu il bizim maşın çox sürətli olacaq. Testlərdə əlimizdən gələni edəcəyik ki, mövsümün ilk yarışlarından etibarlılığı təmin edə bilək.

mp428-5
Tarixi McLaren maşınlarının bugünkü paradı məni fəxr etməyə məcrbur edir ki, mən bu komandanın sürücüsüyəm. Düşünmürəm ki, avtoidman həvəskarlarından kimsə bu gün gördüyümüz maşınların səsinə biganə qalsın.

Bizim builki maşınımız tarixin ən güclü maşını olacaq. Mən bilirəm ki, mühəndislərimiz çox çalışıblar və hər bir detalı optimallaşdırıblar. Mən bu maşının sükanı arxasına oturmağı səbirsizliklə gözləyirəm.”

Serxio Peres: “Bu gün mənim üçün çox vacib gündür! Sözün düzünü desəm, yeni ilin hər günü mənim üçün belə əlamətdar olub, mən hər gün yeni komandamla işləmişəm ki, qarşıdakı mövsümə maksimum hazırlıqlı olum.

Mən Vodafone McLaren Mercedes-in sürücüsü olmağımla fəxr edirəm. Bu gün biz tarixi maşınların paardını gördük və mən başa düşəndə ki, 50 illik tarixi olan bir komandada çıxış edirəm, çox qeyri-adi hisslər keçirdim.

mp428-6
Sözsüz, mən bilirəm ki, asan olmayacaq – arxada qalan bir ay çox intensiv keçib, mən yeni komanda ilə, mexaniklərimlə və mühəndislərimlə tanış oldum, işə yeni yanaşma metodu öyrəndim. İndi isə altı test günü ərzində yeni maşına öyrəşməliyəm.

Bu, çox vacib çağırışdır, amma məni maraqlı günlər, aylar, illər gözləyir. Mən Formula1-də cəmi iki mövsüm keçirmişəm, amma hər bir maşın nadirdir və adaptasiya tələb edir. Birincisi, mən onun xüsusiyətlərini başa düşməliyəm, ikincisi, mühəndislərimlə onu öz stilimə uyğunlaşdırmalıyam.

İndi mən əla formadaym, sağlamam, diqqətim yalnız yarışlardadır və motivasiyam aşıb-daşır. Amma hələ çox şey öyrənməliyəm, mənim məqsədim Avstraliyada mübarizəyə tam hazır olmaqdır.”

mp428-7
mp428-8


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 184
Teqlər , , , , , , , , , , , , , ,
Paylaş

logo