V.Malya “Qalib hər şey alır” prinsipini dəstəkləyir

Force İndia komandasının sahibi və başçısı Vicey Malya Berni Ekklstounun təklif etdiyi və FİA-nın bəyəndiyi “Qalib hər şey alır” prinsipini […]

Force İndia komandasının sahibi və başçısı Vicey Malya Berni Ekklstounun təklif etdiyi və FİA-nın bəyəndiyi “Qalib hər şey alır” prinsipini dəstəkləyir, amma hesabe dir ki, bu il bunu tətbiq etmək çox gecdir. Formula1 komandalar assosiasiyası (FOTA) belə bir qaydanın tətbiqinin əleyhinədir və federasiya bu il güzəştə getməli oldu, amma Formula1-in kommersiya başçısı Ekklstoun əmindir ki, gələn ildən onun təklifi qəbul olunacaq. Hindistanda dərc olunan Asian Age qəzetindəki müsahibəsində Malyanın fikrincə, istənilən halda bütün hüquqi prosedurlara əməl olunmalıdır…

Vicey Malya: “Ən çox yarışda qələbə qazanmış sürücüyə titulun verilməsi prinsipi çox əladır, çünki bütün sürücüləri qələbə uğrunda mübarizə aparmağa motivasiya edəcək, amma bu prinsipin qaydaya çevrilməsi üçün bütün hüquqi prosedurlara əməl olunmalıdır.

Razıyam, FİA Formula1-i daha baxımlı etməyə çalışır, amma qaydaların dəyişdirilməsi üçün uğursuz vaxt seçilib, çünki bu mövsümə hazırlığa mane olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*