V.Malya Narainin qayıtmasına şaddır

Force İndia komandasının sahibi və başçısı Vicey Malya Hispania komandası ilə müqavilə imzalamış Narain Kartikeyanın Formula1-ə qayıtmasına sevinib: bu isə […]

Force İndia komandasının sahibi və başçısı Vicey Malya Hispania komandası ilə müqavilə imzalamış Narain Kartikeyanın Formula1-ə qayıtmasına sevinib: bu isə o deməkdir ki, Formula1 təqvimində debüt edəcək Hindistan Qran Prisinin startına ən azı bir yerli sürücü çıxacaq.

Vicey Malya: “Mən şadam ki, Narain Formula1-ə Hispania komandası ilə qayıdacaq, mən ona qarşıdakı mövsümdə uğurlar arzulayıram. Hindistan fəxr etməlidir ki, ilk milli Qran Prinin startına milli komanda və milli sürücü çıxacaq.

Bir az əvvəl biz Narainlə ünsiyyətdə olmuşduq, o qayıtmaq istəyirdi çempionata, amma bizim komandada vəziyyət yaxşı deyildi. İndi də biz heyətimizi tam müəyyən etməmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*