V.Liutsi: “Dəlicəsinə gözəl yarışın əla sonluğu!”

Dünən sıralanma turunda Force İndia maşınalrı bir daha sürətli olmalarını nümayiş etdiriblər – Adrian Sutil yenə də son sessiyaya keçə […]

Dünən sıralanma turunda Force İndia maşınalrı bir daha sürətli olmalarını nümayiş etdiriblər – Adrian Sutil yenə də son sessiyaya keçə bilib. Amma yarışda iki həftə əvvəl Bəhreyndə olduğu kimi alman sürücünün komanda yoldaşı Vitantonio Liutsi fərqlənib – italiyalı sürücü ikinci ardıcıl yarışda xal qazanıb…

Vitantonio Liutsi: “Komanda üçün daha bir uğurlu yarış və əla nəticə – biz Bəhreyndə göstərdiyimiz sürətimizi təsdiq edtik, qışda komandanın gərgin işi öz bəhrəsini verir. Biz həqiqətən bu yeddinci yer üçün işləmişik – razılaşın ki, belə dəlicəsinə gözəl yarış üçün bu əla sonluqdur!

Mən keçid təkərlərlə start aldım, startdaca bir neçə mövqe itirdim, amma slikləri alan kimi hər şey düzəldi, bir neçə möqeni geri qaytara bildim, sonra isə yaxşı temp saxladım. Finişə yaxın arxa təkərlər tam yeyilmişdi, amma mən sona qədər mübarizə apardım. Biz daha bir gözəl uik-end keçirdik, indi isə səbirsizliklə Malayziyanı gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*