Virtual dünya çempionu Əbu Dabidə bəlli olacaq

Formula1-in yeni sahibi Codemasters şirkəti ilə birlikdə Formula1 Esports Series proqramına start verib, proqramın məqsədi Codemasters F1 2017 oyun platformasında ən yaxşı virtual oyunçunu müəyyən etməkdir.

F-1.az bildirir ki, proqrama qoşulmaq üçün əvvəlcə rəsmi saytda qeydiyyatdan keçmək lazımdır, bundan sonra Xbox Live, PlayStation Network və ya Steam servislərindəki hesabınıza qoşularaq, avqustun 25-dən satışa çıxarılacaq Codemasters F1 2017 oyununda xal toplamaq lazımdır.

Müxtəlif ölkələrdən 40 ən yaxşı oyunçu Londonda yarımfinala toplaşaraq ən yaxşı 20 sürücünü müəyyən edəcəklər.

Həmən 20 sürücünün iştirak edəcəyi final isə Əbu Dabidə baş tutacaq. Formula1 həftəsonuna rəng qatacaq final görüşündə Formula1 Esports Series çempionatının ilk qalibi müəyyən olunacaq. Onun adı isə Codemasters F1 2018 oyununa personaj kimi əlavə olunacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*