Virgin şirkəti Brawn GP-nin sponsoru olacaq?

Bu qış Honda Racing komandasının alıcıları arasında Virgin şirkətlər qrupunun başçısı Riçard Brənsonunda adı çəkilirdi. Son nəticədə komandanı Ross Braun […]

Bu qış Honda Racing komandasının alıcıları arasında Virgin şirkətlər qrupunun başçısı Riçard Brənsonunda adı çəkilirdi. Son nəticədə komandanı Ross Braun ələ keçirdi, amma Londonda işıq üzü görmüş bugünkü The Times yazıb ki, Virgin komandanın aparıcı sponsorlarından biri olacaq və sabah çoxmilyonlu müqavilənin bağlanılması rəsmən elan olunacaq.

Brawn GP artıq ilk sponsorunun adını söyləyib – Henri Lloyd paltar firması, əgər Virgin ikinci sponsor olarsa, onda söyləmək olar ki, komanda maşın hazırlanmasında qazandığı uğurları sponsor seçimində də davam etdirir. Maraqlıdır ki, bu məlumat FİA-nın texniki xidmətinin Brawn GP maşınlarının texniki reqlamentə uyğun gəlməsini elan etdikdən sonra yayılıb…

Nə isə, rəsmi bəyanatları gözləyək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*