Virgin Brawn GP-nin titul sponsoru olmağa hazırdır?

Britaniyalı milyarde Riçard Brənson istisna etmir ki, İspaniya Qran Prisi günlərində onun Virgin Group konserni Brawn GP komandası ilə yeni […]

Britaniyalı milyarde Riçard Brənson istisna etmir ki, İspaniya Qran Prisi günlərində onun Virgin Group konserni Brawn GP komandası ilə yeni sponsorluq dəstəyi barədə müqavilə bağlamasını elan edəcək. Virgin komanda rəhbərliyi ilə titul sponsorluğu barədə danışıqlar aparır, amma Brawn GP-nin çempionatdakı uğuru digər şirkətlərin də komandaya diqqətini cəlb edib. Autosport-un verdiyi xəbərə görə, dünya şöhrətli bir neçə korporasiya komandaya maliyyə dəstəyini təklif edib, amma deyəsən əməkdaşlıq üçün ən yaxşı şərtləri məhz Virgin təklif edib.

Amma Brənson ehtiyat edir ki, Brawn GP-nin uğurları artdıqca başqa bir iri sponsor tapıla bilər və komandaya daha əlverişli şərtlər təklif edə bilər…

Riçard Brənson: “Biz Barselonada danışıqlara qayıdacayıq və orda mən sizə hər şeyi danışacam. Amma, sözsüz ki, komandanın Bəhreyndə qazandığı qələbə vəziyyəti çətinləşdirə bilər, çünki Brawn GP-nin populyarlığı durmadan artır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*