Venesuelanın prezidenti P.Maldonadonu təbrik edib

Dünən Barselonada Pastor Maldonado Formula1-də ilk qələbəsini qazanıb və renta-drayverlərə paddokda münasibəti bir qədər də dəyişib. Bu qələbəyə yalnız sürücü […]

Dünən Barselonada Pastor Maldonado Formula1-də ilk qələbəsini qazanıb və renta-drayverlərə paddokda münasibəti bir qədər də dəyişib. Bu qələbəyə yalnız sürücü deyil, bütün Venesuela, o cümlədən, ölkənin prezidenti Uqo Çaves də sevinib – məhz Çavesin göstərişi ilə yerli PDVSA neft şirkəti Pastorun Williams komandasındakı çıxışını maliyyələşdirir: şayiələrə görə, şirkət artıq komandaya 70 milyon Avro ödəyib.

Sürücünün Barselonada dünənki zəfərindən sonra Uqo Çaves özünün Twitter-dəki mikrobloqunda yazıb: “Bravo, Pastor! Səni və sənin bütün komandanı təbrik edirəm! Venceremos! (Biz qalib gələcəyik!)”…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*