Valensiyada ikinci test günü başlayıb

Valensiyada Rikardo Tormo adına avtodromada Formula1 komandalarının mövsümöncəsi testlərinin birinci seriyası davam edir. Bu gün səhər proqnozların əksinə olaraq, hava […]

Valensiyada Rikardo Tormo adına avtodromada Formula1 komandalarının mövsümöncəsi testlərinin birinci seriyası davam edir. Bu gün səhər proqnozların əksinə olaraq, hava isti və günəşlidir, ona görə də sürücülər vaxt itirmədən trasa yollanıblar.

Ferrari-nin sükanı arxasında Fernando Alonso işini davam etdirir, ona görə də tribunlara yenə də ikiqat dünya çempionunun azarkeşləri ilə doludur.

Bu gün Team Lotus komandası da iştirakçılara qoşulub və Heykki Kovalaynen yeni T128-lə bir neçə dövrə vurub. Xayme Algersuari isə hələlik protokollara başçılıq edir – Rubens Barrikellonun FW33-ü isə trasda donduğu üçün marşallar qırmızı bayraqlara əl atmalı olublar. Testlər davam edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*