V.Petrov: “Renault-nun qayıtmasına sevindim”

F-1.az xatırladır ki, Vitaliy Petrov 2010-cu ildə Renault komandası ilə Formula1-də debüt edib. Rusiyalı sürücü Renault ilə 2011-ci ilin Avstraliya yarışında karyerasının ilk və yeganə podiumunu qazanıb.

Petrov 5 illik fasilədən sonra idmana yenidən qayıdan Renault haqqında fikirlərini bildirib: “Renault-nun qayıtması gözəl xəbərdir. Mən Renault-nun sıralarına qoşulanda onlar mükəmməl komanda idi və şanlı keçmişi var idi. Renault qayıtdığı üçün xoşbəxtəm. Onların qayıtması Fransa, F1 fanları, F1 pilotları və hamı üçün çox vacibdir.

Onların şanlı tarixi var və 2 dəfə Dünya Çempionu titulunu qazanıblar. Düşünürəm ki, onlar daha çox uğur qazanmaq istəyirlər.

Bu il ilk beşliyə girməkləri çətin məsələdir, amma 2-3 il ərzində, bəlkə də, 2017-ci ildən etibarən çempionluq mübarizəsi apara bilərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*