V.Petrov Formula1-ə qayıda bilər

Renault və Caterham komandalarının keçmiş sürücüsü Vitaliy Petrov deyib ki, o, Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, Vitaliy Petrov 2010-2012-ci illərdə Formula1-də yarışıb. Rusiyalı sürücü hazırda LMP2 seriyasında SMP Racing komandasının şərəfini qoruyur.

Petrov Rusiya bankı olan SMP-nin yarış proqramında iştirak edir. O bildirib ki, SMP Formula1-ə girə bilər: “Hələ heç nə bilinmir, amma bəlkə bir gün Formula1-ə girə bilərik.

Hazırda LMP1 ilə maraqlanırıq. SMP Racing ən yaxşı komandalardan biridir və əminəm ki, getdiyi bütün seriyalarda uğurlu olacaqlar”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*