17 Oktyabr 2017, Çərşənbə axşamı - 21:04

V.Malya: “Sürücülərimizə icazə verəcəyik”

V.Malya: “Sürücülərimizə icazə verəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:25 - 02 Sentyabr, 2017

Force İndia komandasının sahibi Vicey Malya bildirib ki, sürücülərinə İtaliyada müəyyən çərçivələr daxilində yarışmaq icazəsi verəcək.

F-1.az xatırladır ki, Okon və Peres bu mövsüm ilk dəfə Bakıda bir-birlərinə təmas etmiş və ondan sonra bir neçə yarışda da insident yaşamışdılar. Amma sonuncu Belçika yarışında yaşanan insidentdən sonra komandanın baş əməliyyətçısı Otmar Safnauer bildirmişdi ki, sürücülərinin yarışmalarına icazə verməyəcəklər.

Vicey Malya: “Yarışda çoxlu insidentlər olur və bunların çoxuna kənardan nəzarət etmək mümkünsüzdür. Sürücülərimiz bu il bir neçə dəfə təmas yaşasalar da, onların yarışmasına icazə verməmək idman üçün doğru olmaz. Artıq diqqətli olmalıdırlar. Dəqiq qaydalarımız var və bunlara riayət etməlidirlər. İkisi də çox istedadlıdırlar və bacardıqca yüksək nəticə qazanmaq istəyirlər. Amma komandanın mənfəətlərinə görə bəzi qaydalar qoymalı idik.

Montsa güclü olduğumuz traslardandır və Belçikada itirdiyimiz xalları burada kompensə etmək istəyirik. Ümid edirəm ki, problemsiz həftəsonu keçirərik”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 953
Teqlər , , , , ,
Paylaş

logo