24 Oktyabr 2017, Çərşənbə axşamı - 05:52

V.Malya: “Renault sözünü geri götürəcək”

V.Malya: “Renault sözünü geri götürəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

16:35 - 23 Fevral, 2017

Force İndia komandasının rəhbəri Vicey Malya “yeni mövsüm kiçik komandalar üçün çətin keçəcək” deyən Siril Abitebula sərt cavab verib.

F-1.az xatırladır ki, Renault Motorsport-un rəhbəri Siril Abitebul 2017-ci il bolidinin təqdimatında bildirmişdi ki, Force İndia kimi komandalar yeni mövsümdə çətinlik çəkəcəklər. Abitebul verdiyi açıqlamada “Bu mövsüm güc mübarizəsi izləyəcəyik. Resursu az olan komandalar üçün çətin olacaq. Məsələn, Force İndia builki büdcənin əksər hissəsini yeni qaydalara görə indidən xərcləyib” demişdi.

Amma Vicey Mallya həmkarının bu sözlərini birmənalı qarşılamayıb: “Səhər bir xəbər oxudum və orada Siril Abitebulun bizim komanda barədə “çətinlik çəkəcəklər” sözlərini gördüm. Ona uğurlar. Əsas olan gücün miqdarı deyil, keyfiyyətidir! Tüpürdüyünü yalaya bilər!

Böyük xəyallar qurmasaydıq, 4-cü ola bilməzdik. Mercedes, Red Bull və Ferrari kimi komandalarla mübarizə aparmaq böyük uğurdur. Böyük xəyallar qurmağa davam edəcəyik. Düzdür, komandadaxili söhbətlərdə üçlüyə düşmək barədə danışmamışıq, amma hədəfimiz budur. Yeni reqlament hamı üçün ağ kağızdır. Barselona testlərindən əvvəl kimin neçənci olduğunu deyə bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 313
Teqlər , , , ,
Paylaş

logo