23 Sentyabr 2018, Bazar - 04:49

V.Malya Londonda həbs olunub?

V.Malya Londonda həbs olunub?

Müəllif: Elçin Zodorov, redaktor

13:14 - 18 Aprel, 2017

F-1.az Force İndia komandasının rəhbəri Vicey Malyanın Kingfisher Airlines aviaşirkətinin iflası ilə bağlı maliyyə problemləri yaşadığı barədə dəfələrlə yazmışdı. Hindistanlı iş adamının kreditorlar qarşısında ümumilikdə bir milyard dollardan artıq borcu var.

Keçən il Hindistan məhkəməsi Viceyin həbsi barədə qərar çıxarmışdı. Lakin o, Londonda olduğundan, qərar icra olunmamışdı. Fevral ayının əvvəlində Hindistan hökuməti Britaniya rəhbərliyinə Malyanın ekstradisiya edilməsi barədə rəsmi sorğu göndərmişdi. Malya isə Britaniyanı tərk etməyə hazırlaşmadığını, burada özünü təhlükəsiz hiss etdiyini bildirmişdi.

Lakin Britaniya Daxili İşlər Nazirliyi sorğunu müsbət qarşılayıb. Hindistan mətbuatının verdiyi məlumata görə, Malya bu gün səhər Londonda həbs olunub və məhkəməyə çıxarılıb. Lakin Malyanın yaxınları tərəfindən bu barədə hələ heç bir şərh verilməyib.

Tanınmış jurnalist Co Savar güman edir ki, Britaniya hökuməti Hindistanla ticarət münasibətlərini korlamamaq üçün Vicey də daxil olmaqla, 20 nəfərin ekstradisiyasına razı olub.

Hərçənd, bu xəbərdən bir müddət sonra Vicey Malya özünün Twitter hesabında həbs xəbərini şərh edib: “Hindtisan mətbuatında ənənəvi səs-küy. Ekstradisiya üzrə məhkəmə planlaşdırıldığı kimi bu gün başlayıb…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 828
Teqlər , ,
Paylaş

logo