V.Malya: “Force İndia-nın Williams-ı keçməyə ehtiyacı var”

F-1.az xəbər verir ki, Force İndia komandasının rəhbəri Vicey Malya builki Mühəndislər Kubokunda Williams-ı qabaqlayaraq 4-cü olmaq istədikdərini deyib.

Force İndia İspaniya yarışına yenilik gətirdikdən sonra Monako və Avropa Qran Prilərində podiuma çıxıb və çempionatda Williams ilə 4-cülük mübarizəsi aparmağa başlayıb. Force İndia qalan 4 yarışı Williams-dan öndə bitirərsə, Mühənsidlər Kubokunda 4-cü olacaq.

Vicey Malya: “Malayziya və Yaponiya bizim üçün yaxşı keçdi. Hər iki yarışda ən yaxşısını etməyi bacardıq. Mövsümün bu mərhələsində edə biləciyimiz sadəcə budur. Malayziya və Yaponiya kimi çətin yarışlarda güclü nəticə əldə etməyimiz yaxşıya işarədir. Bir ay ərzində 4 yarış olacaq və yarışların sıx keçəcəyi  dövrə başlayırıq. Komanda olaraq motivasiyamız yüksəkdir. Yarışların sıx keçməsi bizim diqqətimizi yayındırmamalıdır. Müvəffəqiyyət ilə müvəffəqiyyətsizlik arasında çox incə xətt var. Etdiyimiz işlə fəxr edə bilərik, ancaq tədbiri əldən buraxmamalıyıq. Çünkü bu dördüncülüyə ehtiyacımız var”.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*