V.Liutsi: “Həmilton Senna deyil”

Sabiq Formula1 sürücüsü Vitantonio Liutsi bildirib ki, Lyuis Həmiltonu əfsanəvi Ayrton Senna ilə müqayisə etmək olmaz.

F-1.az xatırladır ki, bu il poul rekordunu qıran Lyuis Həmiltonu əksər hallarda Ayrton Senna ilə müqayisə edirlər.

Vitantonio Liutsi: “Lyuis Həmilton mükəmməl sürücüdür və böyük istedaddır. Dördqat Dünya Çempionu statusuna layiqdir. Amma Senna ilə fərqli dövrlərin sürücüləri olduqları üçün müqayisələri təhqir kimidir. O dövrlər bolidlər və sürüş stilləri çox fərqli idi. Fərqli strategiyalardan istifadə etməli idilər. Bu, Ronaldu ilə Peleni müqayisə etməyə bənzəyir və doğru deyil.

Həmilton keçən il Rosberqə uduzduqdan sonra bu il tam gücü ilə yarışdı. O tam hazır olanda rəqibsiz olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*