20 Oktyabr 2017, Cümə - 05:38

V.Bottasla Həmiltonun arası dəyir?

V.Bottasla Həmiltonun arası dəyir?

Müəllif: Rauf Hacıyev, redaktor

16:08 - 03 May, 2017

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, rəqabət artdıqca komanda yoldaşı Həmiltonla münasibətləri pisləşə bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son iki sıralanma turunda 3 qat Dünya Çempionu olan komanda yoldaşını məğlub edərək Rusiyada karyerasının ilk qələbəsini qazanmışdı. Bu qələbədən sonra Bottas turnir cədvəlində komanda yoldaşı Həmiltonla fərqi 10 xala endirib.

Qeyd edək ki, 27 yaşlı sürücü Rusiyada qalib gəldikdən sonra onu ilk təbrik edənlərdən biri Lyuis Həmilton olmuşdu.

Valtteri Bottas: “Məni təbrik etdi. İndiyə kimi bütün mövzularda çox peşəkar davranmışıq və bu gözəl haldır. Hazırda məni qabaqlayır. Əla işlər görür. Məncə, komanda olaraq yaxşı işləyirik və bunu Ferrari-yə qarşı da etdik. Əgər çempionluq uğrunda mübarizə aparırıqsa, az danışıb, çox iş görməliyik.

İlk qələbəmi qazanmaq, əlbəttə, gözəl hissdir. Özünüzə inansanız da, istedadınıza güvənsəniz də, burada yarışmağın mənası yoxdur. Əgər içinizdə bir az qorxu varsa, onda evdə oturmağınız məsləhətlidir. Amma bunu isbat edib, nəticə qazanmaq çox vacibdir. Bu dünyada ən vacib şey nəticələrdir. Neçə yarış və xal qazandığınız, neçə dəfə podiuma çıxdığınız önəmlidir. Oyunun adı budur. İlk qələbə mənə əlavə inam qazandırdı. Amma artıq geridə qaldı və bunu təkrarlamaq istəyirəm. Bu il elə də asan olmayacaq. Xüsusən də, mövsümün ilk hissəsində gərgin mübarizə olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 235
Teqlər , ,
Paylaş

logo