V.Bottasla birlikdə sponsoru da Mercedes-ə keçib

Finlandiyanın sənaye və ticarət şirkətlərindən olan Wihuri Group Valtteri Bottasın Mercedes AMG-yə keçidindən sonra çempion komanda ilə müqavilə bağlayıb.

F-1.az xəbər verir ki, sözügedən şirkət 2014-cü ildən bəri Valtterinin şəxsi sponsorudur. Finlandiya mətbuatının məlumatına görə, Wihuri Group və Mercedes AMG arasındakı yeni müqavilə Bottasın müqaviləsi ilə eyni müddətə – 1 illik nəzərdə tutulub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*