15 Avqust 2018, Çərşənbə - 20:37

V.Bottasın nəticəsi ləğv edilə bilər

V.Bottasın nəticəsi ləğv edilə bilər

Müəllif: Rauf Hacıyev, redaktor

23:35 - 19 Mart, 2016

Williams komandasının sürücüsü Valtteri Bottasın sıralanma turundaki nəticəsi ləğv oluna bilər…

F-1.az xəbər verir ki, Williams komandası Bottasın bolidinin asılqanının sazlanmaları barədə məlumatı FİA-ya göndərməyib. Ona görə də finlandiyalı sürücü ilə bağlı bu insident FİA tərəfindən araşdırılır…

FİA-nın idman reqlamentinin 34.1-ci maddəsinə əsasən komandalar boksdan çıxmamışdan əvvəl asılqan sazlanmaları barədə məlumatları FİA-ya göndərməlidir.

Sıralanma turunun başlanmasına 11 dəqiqə qalmış FİA Williams komandasına çatışmayan məlumatlara görə xəbərdarlıq edib, amma britaniyalıların məlumatları göndərmək üçün vaxtları qalmayıb.

Komandanın texniki direktoru Pət Simonds bu barədə danışıb: “Biz bu il yeni sistemlərdən istifadə edirik. Sıralanma turundan əvvəl bu məlumatları FİA-ya göndərməli idik. Bizim müasir və avtomotik sistemimiz var və yarış mühəndisinə elektron kömək edirik.

FİA-nın nümayəndəsi Co Bauer sıralanma turundan əvvəl bizə bildirdi ki, məlumatlarda çatışmazlıqlar var.

Massanın bolidindən məlumatları göndərdik, amma Bottasın bolidindən məlumatları göndərə bilmədik. Bu problemi həll etmək üçün vaxtımız olmadı və biz bu barədə məsul şəxslərə məlumat verdik.

Belə olan halda, Bottas cəza ala bilər. Ümidvaram ki, cəza verməzlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 359
Teqlər , , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo