V.Bottasa soyutma sistemi mane olub

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Avstraliyada geridə qalmasının səbəbi soyutma sistemi olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 15-ci yerdə başlamış və damalı bayrağı 8-ci yerdə keçmişdi.

Valtteri Bottas: “Bilirdik ki, çətin yarış olacaq. Ötmə etmək üçün böyük sürət fərqinə ehtiyac var idi. Xüsusən də, pit-stopdan sonra trafikə düşdüm. Sözün düzü, yarış ərzində heç nə istədiyim kimi keçmədi. Bəlkə, bir az virtual təhlükəsizlik maşını kömək etdi. Amma əsəbpozucu yarış idi. Bolidim güclü olsa da, heç nə edə bilmirdim. Bolidin həddən artıq çox qızması da bizə mane oldu. Soyutma məsələsində hesablamanı səhv apardıq. Buna görə də rəqiblərimi təzyiqdə saxlaya bilmədim. İki dövrə son həddə gedə bildim. Sonra isə ayağımı qaz pedalından çəkməli oldum.

Mühərriklər arasında fərq əvvəlki kimi böyük deyil. Renault-ya qarşı üstünlüyümüz olsa da, bu, çox deyil. Döngələrə də yaxşı daxil olurlar. Yaxınlaşa bilmədim. Bütün komandalar bir-birilərinə yaxın olduqları üçün işlər çətinləşir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*