18 Dekabr 2017, Bazar ertəsi - 12:59

V.Bottas: “Zərəri minimuma endirdik”

V.Bottas: “Zərəri minimuma endirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

20:02 - 17 Sentyabr, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas üçüncü yerdə bitirdiyi yarışdan sonra xoşbəxt olduğunu bildirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda 6-cı olsa da, yarışın startındakı insidentdən və Hülkenberqin problemlərindən maksimum faydalanaraq, yarışı 3-cü yerdə bitirib.

Valtteri Bottas: “Bu gün bəxtimizin hesabına zərəri minimuma endirdik. Bəxt bizim tərəfimizdə idi, amma bolid də gözlədiyimizdən güclü idi. Yaş trasda tempi tutmaqda çətinlik çəksək də, fürsətlərdən yaxşı istifadə etdik. Quru trasda tempimiz daha yaxşı idi və sonda Rikkardonu təzyiq altına aldım. Qarşıda çox yarış var. Hədəfim Fetteli keçməkdir. Təbii ki, dubl etmək istərdik, amma Sinqapur bizim üçün çətin tras idi. Buna görə də 1-ci və 3-cü olmaq bizim üçün qüsursuz nəticədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 151
Teqlər , , ,
Paylaş

logo