V.Bottas: “Tutduğum yerdən razıyam”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qazandığı 3-cü yerə görə xoşbəxtdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycandakı sıralanma turunda lider Sebastyan Fetteldən 0.34 saniyə geridə qalaraq 3-cü olub.

Valtteri Bottas: “Hər iki bolidlə də burada olduğumuz üçün xoşbəxtəm. Ferrari-lərə çox yaxınıq və sabah yarışda çətin mübarizə olacaq. Son dövrəyə qədər əlimizdən gələni edəcəyik. Keçən il burada 1 dövrə geriyə düşsəm də, sonda 2-ci olmuşdum. Buna görə də təslim olmamalıyıq və mübarizə aparmalıyıq. Bakı yarışında həmişə gözlənilməz hallar olur. Red Bull komandasının sürücüləri və Kimi də mübarizəyə qoşulacaq. Bizi çətin yarış gözləyir və hər şeyə hazır olmalıyıq. Ümid edirəm ki, gözəl yarış olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*