22 Oktyabr 2017, Bazar - 23:10

V.Bottas sözünü tutan Həmiltona təşəkkür edib

V.Bottas sözünü tutan Həmiltona təşəkkür edib

Müəllif: Rauf Hacıyev, redaktor

19:23 - 30 İyul, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas yarışın son döngəsində ona yerini verən komanda yoldaşı Həmiltona təşəkkür edib.

F-1.az xatırladır ki, Həmilton liderliyə yüksəlmək üçün komandasından Bottası keçmək üçün icazə istəyib və Mercedes finlandiyalı sürücüyə komanda yoldaşını buraxmasını əmr edib. Lakin komanda radiodan Bottasa “əgər Həmilton yer qazana bilməsə, sənin yerini geri qaytaracaq” deyərək sürücünü rahatlayıb…

Valtteri Bottas: “Sözünü tutaraq son dövrədə yerini mənə verən Lyuisə təşəkkür edirəm. Çünki Ferrari-ləri keçməsi üçün şansı mən ona vermişdim. Heyif oldu. Tempimiz yaxşı idi, amma yaxşı nəticə əldə edə bilmədik.

Startım ortalama idi və buna görə də birinci döngədə hücum edə bilmədim. Start yaxşı olsa da, ikinci ötürməyə yaxşı keçid edə bilmədim. Ferrari SuperSoft təkərlərlə çox güclü görünürdü. Amma Sebastyanın yaşadığı problem qəribə idi. Radio ilə bağlı problem yaşayırdıq və Fettelə nə olduğunu bilmirəm. Hücum etmək üçün Kimiyə yaxınlaşmağa çalışırdım, amma heyif ki, ona çata bilmədim. Daha sonra Lyuisin ötməsinə icazə verdim və o, bəxtini sınayanda mən dövrəvi sürücüləri keçməkdə çətinlik çəkirdim. Yerimi qaytaracağını demişdi və qaytardı. Buna görə sevincliyəm və ona minnətdaram. Bilirdim ki, qaytaracaq və sonda etdi. Komandaya sürətim barədə heç nə demədim, komandam sürətimi görürdü. Podium uğrunda mübarizə aparan heç bir sürücü mən edəni etməzdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 062
Teqlər , , ,
Paylaş

logo