23 Oktyabr 2017, Bazar ertəsi - 17:24

V.Bottas: “Səhvlərimdən çox şey öyrənmişəm”

V.Bottas: “Səhvlərimdən çox şey öyrənmişəm”

Müəllif: Elçin Zodorov, redaktor

09:04 - 21 May, 2017

F-1.az xəbər verir ki, Crash-a danışan Mercedes AMG komandasının pilotu Valtteri Bottas karyerasının inkişafında səhvlərdən nəticə çıxarmasının vacib rol oynadığını deyib.

Valtteri Bottas: “Əgər məni 2013-cü illə müqayisə etsək, indi daha sürətliyəm. Artıq yeni sürücü də deyiləm, bir neçə mövsüm keçirmişəm. Hiss edirəm ki, getdikcə böyüyürəm. Xüsusilə də, bu mövsüm. Mercedes AMG-yə öyrəşmək çətin olmadı. Burada olduqca isti münasibət var və mən özümü tənha hiss etmirəm. Hamı dəstək olmağa, kömək göstərməyə çalışır.

Toto Volff əsl rəhbərdir. Onu çoxdan tanıyıram və karyeram ərzində mənə çox kömək edib. Niki Lauda isə əfsanədir. Bura gələnə qədər onu yaxından tanımırdım. Çox şən insandır və avtoidmanın ən böyük qəhrəmanlarındandır. O da bizi çox dəstəkləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 716
Teqlər , , ,
Paylaş

logo